Netanyahu İrana sərt şəkildə xəbərdarlıq edib
İsrailin Baş naziri Benyamin Netanyahu İrana sərt xəbərdarlıq edib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, Netanyahu İranın İsrailə hücum edəcəyi təqdirdə Tehranın çox ağır zərbə ilə üzləşəcəyini bildirib.
“Əgər İran bizə hücum etsə, elə sarsıdıcı zərbə alacaq ki, hətta təfərrüatlarına varmaq belə istəmirəm”, – Netanyahu deyib.
20:30 05.09.2026
Oxunuş sayı: 42