Sibiqa Ukrayna üzrə sülh səylərində yeni dinamika anons etdi
Ukraynanın xarici işlər naziri Andrey Sibiqa sülh səylərinin aktiv siyasi-diplomatik mərhələsinin yenidən başlayacağını bildirib. Crossmedia.az xəbər verir ki, “Reuters” bu barədə məlumat yayıb.
Sibiqa bu açıqlamanı Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşankarla birgə keçirdiyi mətbuat konfransında verib.
“Biz öz torpağımız və ədalətli sülh uğrunda mübarizə aparırıq. Hesab edirəm ki, indi dünyanın bir çox paytaxtında siyasi-diplomatik mərhələnin aktiv fazasının bərpası ilə sülh səylərində yeni dinamika yaranacaq. Buna görə də xəbərləri izləyin”, - deyə Sibiqa bildirib.
Qeyd edək ki, Ukrayna Prezident Ofisinin rəhbəri Kirill Budanov da danışıqların bu ilin payızında fəallaşacağını daha əvvəl açıqlayıb.
17:31 03.09.2026
Oxunuş sayı: 37