Rusiyanın İrana verdiyi gizli raket dəstəyi ortaya çıxıb
Rusiya gizli şəkildə İrana hipersəs raketlərinin hazırlanmasında kömək edib.
Crossmedia.az xəbər verir ki, “Financial Times” qəzetinin məlumatına görə, Moskva İrana qabaqcıl hipersəs raketlərinin hazırlanmasında texniki yardım göstərib.
“C430L” kod adı verilən çoxillik layihənin 2023-cü ildə başladığı və İsrail-ABŞ müharibəsinə qədər davam etdiyi bildirilir.
˝FT˝-nin yazdığına görə, proqram çərçivəsində Rusiyanın təcrübəli raket mütəxəssislərindən bəziləri İrana yeni nəsil silah sisteminin hazırlanmasında kömək göstərib.
Layihənin əsas məqsədinin raketin səs sürətindən bir neçə dəfə yüksək sürəti qorumasına imkan verən ramjet mühərrikinin hazırlanması və raketə quraşdırılması olduğu qeyd edilir.
22:50 02.09.2026
Oxunuş sayı: 60