İranın nüvə proqramı tam məhv edilməyib
ABŞ-nin Elm və Beynəlxalq Təhlükəsizlik İnstitutu İranın Nətənz nüvə kompleksində 2025 və 2026-cı illərdəki hücumlardan kənarda qaldığı ehtimal edilən möhkəmləndirilmiş obyekt müəyyən edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
İnstitutun qiymətləndirməsinə görə, qismən yeraltı olan və təxminən 1500 kvadratmetr sahəni əhatə edən obyekt uran heksaflüoridinin (UF6) saxlanılması və gələcəkdə genişmiqyaslı uran zənginləşdirmə fəaliyyətlərinin dəstəklənməsi üçün istifadə oluna bilər.
Bildirilib ki, obyektdə bir neçə böyük otaq və zal, nəqliyyat vasitələrinin giriş-çıxışı üçün nəzərdə tutulan hissələr, həmçinin UF6 çənlərinin daşınması üçün avadanlıqlar mövcuddur.
İnstitutun hesablamalarına əsasən, obyektin saxlama tutumu İranın 2025-ci ilin iyununda müharibə ərəfəsində malik olduğu aşağı və yüksək zənginləşdirilmiş uran ehtiyatlarının saxlanılması üçün tələb olunan sahədən xeyli böyükdür.
22:45 02.09.2026
Oxunuş sayı: 61