Trampdan İrana sərt mesaj: Nə vaxt ayağa qalxacaqsınız?
ABŞ Prezidenti Donald Tramp İranla bağlı yeni açıqlama verib.
Crossmedia.az xəbər verir ki, Tramp “Truth Social” platformasında paylaşım edərək ABŞ-nin İranı danışıqlar masasına qaytarmağa çalışdığı barədə yayılan xəbərləri təkzib edib.
O bildirib ki, Tehranla hər hansı razılaşmanın əldə olunmasında maraqlı deyil.
Tramp ABŞ-nin Hörmüz boğazına demək olar ki, tam nəzarət etdiyini və İran iqtisadiyyatının çökdüyünü iddia edib. O, həmçinin İran xalqına müraciət edərək “Nə vaxt ayağa qalxıb mübarizə aparacaqsınız?” sualını ünvanlayıb.
22:35 02.09.2026
Oxunuş sayı: 57