Kiyevdə SBU və HUR əməkdaşları arasında atışma baş verib
Kiyevdə Yuri Şuma küçəsi 10 ünvanında Ukraynanın Təhlükəsizlik Xidməti və Hərbi Kəşfiyyat əməkdaşları arasında atışma baş verdiyi bildirilir.
Crossmedia.az xəbər verir ki, Ukraynanın “Truha” kanalı bu barədə məlumat yayıb.
İlkin məlumata görə, SBU əməkdaşları Rusiya Könüllülər Korpusunun komandir müavini Kaplunovla birlikdə sözügedən ünvana gəliblər. Onların gəlişindən sonra HUR əməkdaşlarının onları saxlamaya çalışdığı və bunun nəticəsində atışmanın baş verdiyi iddia olunur.
Hadisənin digər təfərrüatları və xəsarət alanların olub-olmaması barədə məlumat yoxdur.
10:12 02.09.2026
Oxunuş sayı: 44