ŞƏT Liderlər Zirvəsi Bişkekdə başladı
Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Liderlər Zirvəsi Qırğızıstanın paytaxtı Bişkekdə işə başlayıb.
Crossmedia.az xəbər verir ki, zirvədə ŞƏT-ə üzv ölkələrin liderləri, eləcə də digər yüksək səviyyəli nümayəndələr iştirak edir.
Görüşlərdə beynəlxalq və regional gündəmin əsas məsələləri, təşkilatın inkişafı, təhlükəsizlik, iqtisadi əlaqələrin genişləndirilməsi, ticarət və nəqliyyat əməkdaşlığı müzakirə olunur.
2026-cı il ŞƏT üçün təşkilatın yaradılmasının 25-ci ildönümü ilə də əlamətdardır. Budəfəki sammit Qırğızıstanın sədrliyi ilə keçirilir.
Zirvə çərçivəsində iştirakçı ölkələrin liderləri arasında ikitərəfli görüşlərin də keçirilməsi nəzərdə tutulur.
10:51 01.09.2026
Oxunuş sayı: 48