Putin ŞƏT ölkələrinə MÜHÜM MESAJ
Rusiya Prezidenti Vladimir Putin Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələri silahlı münaqişələrin təhrik edilməsinin qarşısını almaq üçün səyləri artırmağa çağırıb.
Crossmedia.az xəbər verir ki, RİA Novosti bu barədə məlumat yayıb.
Putin bu fikirləri ŞƏT-in Bişkekdə keçirilən sammiti çərçivəsində səsləndirib. O, sentyabrın 1-nin İkinci Dünya müharibəsinin başladığı gün olduğunu xatırladaraq, dünyada silahlı münaqişələrin təhrik edilməsinə yol verilməməsinin vacibliyini vurğulayıb.
Rusiya liderinin sözlərinə görə, ŞƏT ölkələri arasında əməkdaşlıq Avrasiya qitəsində sülh və sabitlik mühitinin formalaşmasına kömək edir.
Sammitin gündəliyi
Bişkekdə keçirilən ŞƏT sammitində Rusiya, Çin, Belarus, Mərkəzi Asiya ölkələri, İran, Pakistan və digər dövlətlərin nümayəndələri iştirak edir.
Görüşlərdə regional təhlükəsizliyin möhkəmləndirilməsi, terrorizm və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə, rəqəmsallaşma və süni intellekt sahəsində əməkdaşlıq məsələləri müzakirə olunur.
10:21 01.09.2026
Oxunuş sayı: 50