Britaniya müdafiə şirkətlərinə xəbərdarlıq
Britaniyanın Ukraynaya silah və pilotsuz uçuş aparatları tədarük edən müdafiə şirkətlərinin rəhbərlərinə Rusiya xüsusi xidmət orqanları tərəfindən mümkün təhlükə ilə bağlı xəbərdarlıq edilib.
Crossmedia.az xəbər verir ki, “Daily Mail” bu barədə məlumat yayıb.
Məlumata görə, xəbərdarlıq yayın əvvəlində yüksəkvəzifəli dövlət rəsmiləri ilə müdafiə sənayesi şirkətlərinin rəhbərləri arasında keçirilən görüş zamanı səsləndirilib.
“Daily Mail”in yazdığına görə, Britaniyanın müdafiə müəssisələrində təhlükəsizlik tədbirlərinin gücləndirilməsi qərarına Almaniyada müdafiə şirkətlərinin rəhbərlərinə qarşı planlaşdırılan sui-qəsdlərin qarşısının alınması ilə bağlı məlumatlar da təsir edib.
Nəşr qeyd edir ki, Ukraynaya hərbi yardım göstərən müdafiə sənayesi şirkətləri son dövrdə mümkün xarici təhdidlərə qarşı təhlükəsizlik tədbirlərini artırmağa başlayıb.
12:04 01.09.2026
Oxunuş sayı: 43