Türkiyənin müdafiə sənayesi GÜCLƏNİR
Türkiyənin 5 şirkəti dünyanın ən güclü müdafiə şirkətləri sırasına daxil oldu
Türkiyənin müdafiə sənayesi şirkətləri 2026-cı il üzrə Defense News Top 100 reytinqində mövqelərini daha da gücləndirib.
Crossmedia.az xəbər verir ki, Defense News bu barədə məlumat yayıb.
2026-cı il Top 100 siyahısı şirkətlərin əvvəlki ildə əldə etdiyi müdafiə satışları əsasında hazırlanıb. Siyahıda Türkiyədən ASELSAN, TUSAŞ, ARCA Savunma, ROKETSAN və MKE olmaqla beş şirkət yer alıb.
ASELSAN ilk 40-lıqda
ASELSAN ötən ilki 43-cü pillədən 40-cı sıraya yüksələrək Türkiyənin siyahıdakı ən yüksək mövqedə olan müdafiə şirkəti olaraq qalır.
Şirkətin müdafiə sahəsində gəlirlər.
2024-cü ildəki 3,54 milyard dollardan 2025-ci ildə 4,46 milyard dollara yüksəlib. Bu, təxminən 26 faiz artım deməkdir.
ARCA Savunma ilk dəfə siyahıda
Reytinqdə ən diqqətçəkən dəyişikliklərdən biri ARCA Savunmanın ilk dəfə Top 100 siyahısına daxil olmasıdır.
Şirkət 53-cü pillədə qərarlaşıb. ARCA Savunmanın 2025-ci ildə müdafiə gəlirləri 3 milyard dollara çatıb. Bu göstərici 2024-cü illə müqayisədə təxminən 4,6 dəfə çoxdur.
ROKETSAN da reytinqdə əhəmiyyətli irəliləyiş əldə edib. Şirkət ötənilki 71-ci sıradan 64-cü pilləyə yüksəlib.
ROKETSAN-ın 2025-ci ildə müdafiə gəlirləri 2,37 milyard dollar təşkil edib.
TUSAŞ 3,65 milyard dollarlıq müdafiə gəliri ilə 48-ci, MKE isə 1,42 milyard dollarlıq gəlirlə 81-ci sırada yer alıb.
Türkiyənin 5 şirkətinin gəliri 14,9 milyard dollardır
Beləliklə, 2026-cı il Defense News Top 100 reytinqinə daxil olan beş Türkiyə şirkətinin ümumi müdafiə gəliri 14,9 milyard dollara çatıb.
Reytinqin ilk pilləsində 72,1 milyard dollarlıq müdafiə gəliri ilə ABŞ-nin Lockheed Martin şirkəti qərarlaşıb. RTX, General Dynamics, Northrop Grumman və BAE Systems isə ilk beşliyi tamamlayıb.
10:08 01.09.2026
Oxunuş sayı: 65