Putindən MÜSTƏQİLLİK GÜNÜ münasibətilə təbrik
Rusiya Prezidenti Vladimir Putin Özbəkistan Prezidenti Şavkat Mirziyoyevi ölkənin Müstəqillik Günü münasibətilə təbrik edib.
Crossmedia.az xəbər verir ki, Kremlin bu barədə məlumat yayıb.
Putin Mirziyoyevə möhkəm cansağlığı və uğurlar, Özbəkistan xalqına isə xoşbəxtlik və firavanlıq arzulayıb.
Rusiya lideri Rusiya ilə Özbəkistan arasında münasibətlərin strateji tərəfdaşlıq və müttəfiqlik xarakteri daşıdığını bildirib. Onun sözlərinə görə, Moskva və Daşkənd arasında əsas istiqamətlər üzrə məhsuldar əməkdaşlıq və beynəlxalq məsələlərdə səmərəli qarşılıqlı fəaliyyət qurulub.
Bundan əvvəl Putin Ermənistanın keçmiş prezidenti Robert Köçəryanı da doğum günü münasibətilə təbrik edib. O, Köçəryanın Rusiya ilə Ermənistan arasında dostluq əlaqələrinin inkişafına şəxsi töhfəsini qeyd edib.
10:32 01.09.2026
Oxunuş sayı: 43