Rusiya Kiyev və Odessada HƏRBİ ƏMƏLİYYAT KEÇİRDİ
Rusiya Silahlı Qüvvələri Kiyev və Odessa şəhərlərində Ukrayna ordusunun maraqları üçün istifadə edildiyi bildirilən obyektlərə kütləvi zərbələr endirib.
Crossmedia.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi bu barədə məlumat yayıb.
Nazirliyin məlumatına görə, Kiyevdə hərbi-sənaye və yanacaq-enerji komplekslərinə aid müəssisələr, eləcə də Odessa və Çernomorsk limanları zərbələrin hədəfi olub.
Rusiya Müdafiə Nazirliyi iddia edib ki, Kiyevdəki zavodlar raket sistemləri və pilotsuz uçuş aparatlarının istehsalında istifadə olunub.
Məlumata görə, kombinə edilmiş hücum zamanı uzaqmənzilli pilotsuz uçuş aparatlarından və yüksək dəqiqlikli silahlardan istifadə edilib. Rusiya tərəfi bütün müəyyən edilmiş obyektlərin vurulduğunu bildirib.
Daha əvvəl yayılan məlumatlarda Kiyevə eyni vaxtda Kalibr, İsgəndər, Sirkon və Geran raket və dronları ilə zərbələr endirildiyi bildirilmişdi.
09:42 01.09.2026
Oxunuş sayı: 51