Rusiya Ordusu sərhəd-keçid məntəqəsini vurub
Rusiya Silahlı Qüvvələri Ukraynanın Orlovka yaşayış məntəqəsindəki sərhəd-keçid məntəqəsinə və bərə keçidinə zərbə endirib.
Crossmedia.az xəbər verir ki, “TASS” bu barədə Rusiya Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.
Məlumata görə, zərbənin nəticələri və obyektlərə dəyən zərərin həcmi barədə əlavə məlumat verilməyib.
10:45 01.09.2026
Oxunuş sayı: 48