Venesiya: kanallar və körpülər şəhəri
Avropanın ən məşhur tarixi şəhərlərindən olan Venesiya 117 ada, 150 kanal və yüzlərlə körpüdən ibarət unikal şəhər quruluşu ilə diqqət çəkir.
Crossmedia.az xəbər verir ki, Venesiya haqqında açıq mənbələr və şəhərin tarixi məlumatları bu barədə məlumat yayıb.
İtaliyanın şimal-şərqində yerləşən Venesiya 117 adanı birləşdirən 417 körpüsü ilə tanınır. Şəhərin nəqliyyat sistemində kanallar əsas rol oynadığından burada qondolalar və motorlu qayıqlardan geniş istifadə olunur.
Venesiya şəhərinin mərkəzi “Müqəddəs Mark meydanı” hesab edilir. Meydanda şəhərin simvollarından olan iki sütun yerləşir. Sütunlardan birinin üzərində Venesiyanın rəmzi sayılan qanadlı şir, digərində isə Müqəddəs Teodorun heykəli ucaldılıb.
Şəhər həmçinin şüşə istehsalı ilə məşhurdur. Venesiya əsrlər boyu, xüsusilə Murano adasında fəaliyyət göstərən şüşə ustalarının sənəti ilə dünya şöhrəti qazanıb.
Venesiya həm də dünyanın ən qədim qumar müəssisələrindən biri olan “Casino di Venezia” ilə tanınır. Müəssisənin rəsmi məlumatına əsasən, kazino 1638-ci ildə yaradılıb və dünyanın ən qədim oyun müəssisəsi hesab olunur.
Tarixə düşən digər mühüm şəxslərdən biri isə 1646-cı ildə Venesiyada doğulan Elena Lucrezia Piscopia olub. O, Padua Universitetində təhsil alıb və tarixdə universitet doktoru dərəcəsi alan ilk qadın kimi tanınır.
03:38 30.08.2026
Oxunuş sayı: 63