Qəzzada dağıdılmış məscidin qalıqları qorunur
Fələstinli könüllülər İsrailin Qəzzaya hücumları zamanı ciddi zərər görən Əbu Salim məscidinin salamat qalan tarixi hissələrini gələcəkdə bərpa işlərində istifadə etmək üçün qoruyurlar.
Crossmedia.az xəbər verir ki, “Anadolu” bu barədə məlumat yayıb.
“Fələstin irsinin qoruyucuları” komandası “Meysem” Mədəniyyət və İncəsənət Assosiasiyası ilə birlikdə məscidin dağıntılarından daşları və mərmər sütunları toplayaraq mühafizə etməyə başlayıb.
75 illik Əbu Salim məscidi Qəzza zolağının mərkəzi hissəsində yerləşən Deyr əl-Bələh şəhərində İsrail ordusunun avqustun 24-də həyata keçirdiyi hava zərbələri nəticəsində qismən dağıdılıb.
Könüllülər salamat qalan tikinti elementlərini gələcəkdə məscidin yenidən qurulması zamanı istifadə etmək üçün saxlayırlar.
15:20 29.08.2026
Oxunuş sayı: 50