Bitcoin 77,6 min dollara düşdü
Kriptobazarda əsas rəqəmsal aktivlərin qiyməti son sutkada geriləyib.
Crossmedia.az xəbər verir ki, kriptovalyuta bazarındakı son vəziyyət barədə məlumat yayılıb.
Bitcoinin qiyməti 2,63% azalaraq 77 621 dollara, Ethereum isə 1,94% geriləyərək 2 439 dollara düşüb.
Kriptobazarın ümumi kapitallaşması da 2,21% azalaraq 2,62 trilyon dollar olub.
Eniş FED sədri Kevin Uorşun inflyasiya ilə bağlı sərt açıqlamalarından sonra faiz artımı gözləntilərinin güclənməsi fonunda baş verib.
13:17 29.08.2026
Oxunuş sayı: 54