˝CBC˝-nin 11 sentyabr qərarı ABŞ-ni ayağa qaldırıb
Kanadanın ˝CBC˝ telekanalının jurnalistlərə 2001-ci il 11 sentyabr hücumlarını terror aktı kimi təqdim etməməyi tövsiyə etdiyi məlum olub.
Crossmedia.az xəbər verir ki, bu barədə “Toronto Sun” nəşri məlumat yayıb.
Nəşrin yaydığı ˝CBC˝-nin daxili təlimatında jurnalistlərə hücumları terror aktları adlandırmaqdan çəkinmək tövsiyə olunur. ˝CBC˝ sənədin həqiqiliyini təsdiqləyərək bunun şirkətin uzun müddətdir tətbiq etdiyi redaksiya siyasətinə uyğun olduğunu bildirib. Telekanalın mövqeyinə görə, terror aktı ifadəsi siyasi etiket hesab olunur və jurnalistlərə hadisələri təsvir etmələri, terrorçu və terror aktı sözlərini isə yalnız sitatlarda işlətmələri tövsiyə edilir.
Bu qərar ABŞ-də sərt reaksiyaya səbəb olub. Federal Təhqiqat Bürosunun (FTB) direktoru Keş Patel ˝CBC˝-ni tarixi təhrif etməkdə ittiham edib.
Patel X sosial şəbəkəsində bildirib ki, ABŞ-də baş vermiş ən böyük terror aktında həyatını itirənlərin xatirəsinə hörmət etməyən və tarixi təhrif edən Kanada təşkilatları artıq FTB üçün tərəfdaş olmayacaq.
19:21 28.08.2026
Oxunuş sayı: 39