NRD məhkəmədə uduzdu: Investorları indi nə gözləyir?
Avropa İttifaqı Məhkəməsinin Milli Hesablaşma Depozitarisinin (NRD) Avropa sanksiyalarından çıxarılması ilə bağlı apellyasiyanı rədd etməsi fərdi investorlar üçün yeni hüquqi imkanlar yaradır.
Crossmedia.az xəbər verir ki, “Forbes” bu barədə məlumat yayıb.
Məhkəmə iyunun 11-də NRD-nin apellyasiya şikayətini yekun olaraq rədd edib. Bununla da depozitarinin Avropa sanksiyalarından çıxarılması üçün məhkəmə yolu başa çatıb. Qərara əsasən, investorların aktivlərinin NRD vasitəsilə kollektiv şəkildə blokdan çıxarılması mümkün deyil. Onlar Belçika və Lüksemburq tənzimləyicilərindən fərdi icazə almalıdırlar.
Məhkəmə aktivlərin blokdan çıxarılması ilə bağlı “ümumi əsaslar”ın geniş şərh edilməli olduğunu bildirib. Bu isə investorlardan brokerlərinin 7 yanvar 2023-cü ilədək müraciət etdiyini sübut etmələrinin tələb olunmayacağı anlamına gəlir. Məhkəmə həmçinin milli tənzimləyicilərə Aİ Əsas Hüquqlar Xartiyasını nəzərə almağı xatırladıb. Buna görə də aktivlərin blokdan çıxarılmasından imtina və ya prosesin əsassız uzadılması fərdi qaydada əsaslandırılmalıdır.
14:33 28.08.2026
Oxunuş sayı: 52