Hindistan və Kanada arasında milyardlarla dollarlıq plan
Hindistan və Kanada ikitərəfli investisiya müqaviləsi üzrə danışıqlara başlamağı və qarşılıqlı ticarətin həcmini 2030-cu ilədək 4,65 trilyon rupiyə (70 milyard Kanada dolları) çatdırmağı planlaşdırır.
Crossmedia.az xəbər verir ki, “Business Today” bu barədə məlumat yayıb.
Təklif Hindistanın maliyyə naziri Nirmala Sitharaman və Kanadanın maliyyə və milli gəlirlər naziri Fransua-Filip Şampanın ilk Kanada-Hindistan Maliyyə Nazirlərinin İqtisadi və Maliyyə Dialoqu çərçivəsində keçirilən görüşündən sonra irəli sürülüb.
Tərəflər həmçinin Hindistanın UPI ödəniş sisteminin Kanadanın ödəniş xidməti təminatçıları ilə inteqrasiyasını nəzərdən keçirirlər. Məqsəd ticarət, turizm, beynəlxalq tələbələr və kiçik və orta sahibkarlıq üçün daha sürətli, səmərəli və sərfəli ödəniş imkanları yaratmaqdır.
11:26 28.08.2026
Oxunuş sayı: 47