"Qarabağ" Dortmund Borussiyasının yetirməsi Reda Xadranı transfer edib
Transfer çalışmalarını davam etdirən "Qarabağ" növbəti futbolçu keçidini gerçəkləşdirib.
Crossmedia.az xəbər verir ki, bu barədə klub məlumat yayıb.
Almaniyalı vinger Reda Xadranın transferi ilə bağlı Fransanın "Reyms" klubu ilə danışıqlar uğurla yekunlaşıb. Futbolçu ilə 2+1 illik müqavilə imzalanıb.
O, 10 nömrəli formanı geyinəcək. 25 yaşlı hücumameylli yarımmüdafiəçi Dortmund "Borussiya"sının yetirməsidir.
2021-ci ildə bu klubdan "Brayton"a keçən Reda "Birminhem", "Seffild Yunayted" və "Blekbern"də də forma geyinib. "Reyms"ə 2023-cü ildə keçən futbolçu "Havr"da da çıxış edib. Xadra Almaniyanın U-18 və U-21 milli komandalarının şərəfini qoruyub.
22:16 27.08.2026
Oxunuş sayı: 48