Britaniyada 40 uşaq yoxa çıxdı
Böyük Britaniyada sığınacaq axtaranlar üçün otellərdə yerləşdirilən və sonradan itkin düşən 40 uşağın hələ də harada olduğu məlum deyil.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, Parlamentin İnsan Hüquqları üzrə Birgə Komitəsinin hesabatına görə, itkin düşən uşaqlardan yalnız ikisinin hazırda 18 yaşdan aşağı olduğu güman edilir.
Məlumata görə, ümumilikdə 2023-cü ildə Daxili İşlər Nazirliyinin sığınacaq otellərindən 472 müşayiətsiz uşaq itkin düşüb. Onlardan 432-si sonradan tapılıb, 40 nəfərin axtarışı isə nəticəsiz qalıb.
Bununla yanaşı, insan hüquqları üzrə qurumlar hökumətin həssas vəziyyətdə olan sığınacaq axtaran şəxslərin müdafiəsi ilə bağlı BMT tövsiyələrinə əməl etmədiyini bildirir. UNHCR də Böyük Britaniyanı sığınacaq hüququnun qorunması və qaçqınların daha yaxşı müdafiəsi istiqamətində addımlar atmağa çağırıb.
Digər tərəfdən, ölkədə sığınacaq axtaranların otellərdə yerləşdirilməsi əhəmiyyətli dərəcədə azalıb. 2026-cı ilin iyununda otellərdə 16 021 nəfər saxlanılıb ki, bu da ötən ilin eyni dövründəki 32 041 nəfərlə müqayisədə təxminən iki dəfə azdır.
21:48 27.08.2026
Oxunuş sayı: 55