Rusiya Ukraynanın kritik obyektlərini vurub
Rusiya Silahlı Qüvvələri Ukraynanın hərbi-sənaye kompleksinin müəssisələrinə, logistika mərkəzlərinə, dəniz limanlarına və Ukrayna Silahlı Qüvvələrinin maraqları üçün istifadə olunan gəmilərə qrup şəklində zərbələri davam etdirib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatına görə, Brovarıda PUA komponentlərinin saxlanılması üçün istifadə olunan nəqliyyat-logistika mərkəzi vurulub.
Bundan əlavə, Rusiya Müdafiə Nazirliyi Velikaya Aleksandrovkada Lyut kəşfiyyat-zərbə robot komplekslərinin istehsal edildiyi sənaye müəssisəsinin də hədəfə alındığını bildirib.
Nazirliyin məlumatına görə, Odessa limanında hərbi təyinatlı əmlakın saxlanıldığı 7 anbar və PUA-ların yığılması sexi vurulub.
Həmçinin İsmayıl limanında yanacaq-sürtkü materialları gətirən tankerin boşaldılması zamanı vurulduğu və Ukrayna Silahlı Qüvvələri üçün nəzərdə tutulan yanacağın saxlandığı iki çənin də zədələndiyi iddia edilir.
20:13 27.08.2026
Oxunuş sayı: 50