Konfrans Liqası: “Qarabağ” avrokuboklarda mübarizəni dayandırıb- YENİLƏNİB
“Qarabağ” bu gün UEFA Konfrans Liqasının pley-off mərhələsində cavab oyununa çıxıb.
Crossmedia.az xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv Bakıda Niderlandın “Tvente” klubunu qəbul edib.
Görüş komandamızın üstünlüyü ilə başlayıb. Lakin qonaqlar matçda geridönüş etməyi bacarıblar. Əlavə vaxtda daha 2 qol vuran Niderland təmsilçisi liqa mərhələsinə yüksəlib.
"Qarabağ" isə Avropada mübarizəni dayandırıb.
Qeyd edək ki, Ağdam təmsilçisi ilk görüşdə səfərdə rəqibini 1:0 hesabı ilə məğlub edib.
22:46
UEFA Konfrans Liqasının pley-off mərhələsinin "Qarabağ" - "Tvente" (Niderland) oyununda beşinci qol vurulub.
Crossmedia.az xəbər verir ki, qonaqlar hesab arasındakı fərqi daha da artırıb - 4:1.
Əlavə vaxtda, 115-ci dəqiqədə Yunes Taha fərqlənib.
22:24
UEFA Konfrans Liqasının pley-off mərhələsinin "Qarabağ" - "Tvente" (Niderland) oyununda dördüncü qol vurulub.
Crossmedia.az xəbər verir ki, "Tvente" hesab arasındakı fərqi artırıb - 3:1.
Əlavə vaxtda, 94-cü dəqiqədə Vaut Veqhorst fərqlənib
22:11
UEFA Konfrans Liqasının pley-off mərhələsinin "Qarabağ" - "Tvente" (Niderland) oyununda üçüncü qol vurulub.
Crossmedia.az xəbər verir ki, qonaqlar 90+2-ci dəqiqədə hesabda önə keçib - 2:1.
Maks Bryuns fərqlənib. Əsas vaxt bu hesabla yekunlaşıb.
Niderlanddakı matçda Azərbaycan təmsilçisi 1:0 hesabı ilə qələbə qazandığı üçün görüşdə əlavə vaxta ehtiyac duyulub.
22:01
UEFA Konfrans Liqasının pley-off mərhələsinin "Qarabağ" - "Tvente" matçında ikinci qol vuruldu.
Crossmedia.az xəbər verir ki, 80-ci dəqiqədə "Tvente"nin oyunçusu Marko Piyatsa hesabı bərabərləşdirib: 1 - 1
21:37
UEFA Konfrans Liqasının pley-off mərhələsinin "Qarabağ" - "Tvente" (Niderland) oyununda hesab açılıb.
Crossmedia.az xəbər verir ki, 59-cu dəqiqədə komandamızın oyunçusu Kadi Borges hesabı açıb: 1 - 0
21:30
UEFA Konfrans Liqasında Bakıda “Qarabağ” və Niderlandın "Tvente" komandaları arasında keçirilən pley-off mərhələsinin cavab oyununda ikinci hissə başlayıb.
Crossmedia.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən görüşün birinci yarısından sonra hesab açılmayıb - 0:0.
21:03
UEFA Konfrans Liqasının pley-off mərhələsinin "Qarabağ" - "Tvente" (Niderland) oyununda ilk hissə başa çatıb.
Crossmedia.az xəbər verir ki, komandalar fasiləyə qolsuz bərabərliklə yollanıblar.
Qeyd edək ki, tərəflər arasında Niderlandda baş tutan ilk oyun "Qarabağ"ın 1:0 hesablı qələbəsi ilə başa çatıb.
20:05
"Qarabağ" Konfrans Liqasının pley-off mərhələsində "Tvente" ilə qarşılaşacaq.
Crossmedia.az xəbər verir ki, görüş nəzərdə tutulan vaxtdan gec başlayacaq.
Qarşılaşma 20:15-də start götürəcək. Bunun səbəbi açıqlanmayıb.
Qeyd edək ki, matçın ilkin başlama vaxtı 20:00 idi.
19:06
UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində Bakıda üz-üzə gələcək "Qarabağ" və Niderlandın "Tvente" komandalarının start heyətləri açıqlanıb.
Crossmedia.az Avropa futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda saat 20:00-da start götürəcək matçda komandalar meydana aşağıdakı heyətlərlə çıxacaqlar:
"Qarabağ": Martin Zlomisiçliç, Mateus Silva, Bədavi Hüseynov (k), Bense Varkonyi, Bruno Lanqa, Samuel Lobato, Marko Yankoviç, Kadi Borges, Aleksey Kaşuk, Jali Muaddib, Musa Qurbanlı;
Baş məşqçi: Qurban Qurbanov.
“Tvente”: Lars Unnerştall, Bart van Rooy, Ruud Niystad, Robin Pröpper, Maks Brüns, Ramiz Zerruki, Dauda Veydmann, Dan Rots, Yunes Taha, Sondre Öryaseter, Vut Veqorst;
Baş məşqçi: Con van den Brom.
Xatırladaq ki, bu cütün qalibi Konfrans Liqasının əsas mərhələsinə vəsiqə qazanacaq. Komandalar arasında Niderlandda keçirilmiş ilk görüş Ağdam təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
22:58 27.08.2026
Oxunuş sayı: 303