MKİ direktoru Rusiyadan İrana dəstəyi azaltmağı istəyib
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Con Ratklifin Moskvaya gizli səfəri zamanı Rusiya rəsmilərini İrana hərbi və iqtisadi dəstəyi azaltmağa çağırdığı bildirilir.
Crossmedia.az xəbər verir ki, “Politico” bu barədə məlumat yayıb.
Nəşrin məlumatına görə, Ratklif Rusiyanın Tehrana silah və müdafiə texnologiyaları tədarükünü azaltmasını istəyib.
MKİ direktoru həmçinin ABŞ-nin İrana qarşı tətbiq etdiyi sanksiyaların Rusiyaya da təsir göstərə biləcəyi halda Moskvanı “həddindən artıq reaksiya” verməməyə çağırıb.
Kremlin məlumatına əsasən, Con Ratklif Moskvaya səfəri zamanı Rusiya kəşfiyyat strukturlarının nümayəndələri ilə görüşüb, lakin Rusiya Prezidenti Vladimir Putinlə görüşməyib.
Kreml səfərin detalları barədə əlavə məlumat verməyib. Bildirilib ki, Vladimir Putin baş tutan təmaslar barədə məlumatlandırılıb.
14:47 27.08.2026
Oxunuş sayı: 42