Seuta sakinləri miqrantların geri qaytarılmasına etiraz edib
İspaniyanın Seuta anklavında yüzlərlə sakin miqrantların əraziyə geri qaytarılmasına etiraz edib.
Crossmedia.az xəbər verir ki, “Reuters” bu barədə məlumat yayıb.
Etirazçılar Seutanın Trampolin çimərliyində toplaşıblar. Aksiya iştirakçıları miqrantların qurduğu müvəqqəti sığınacaqları dağıtmağa başlayıblar.
Bundan sonra polis hadisəyə müdaxilə edib və havaya xəbərdarlıq atəşi açıb.
14:21 27.08.2026
Oxunuş sayı: 38