Mark Karni Aİ-nin mühüm tədbirinə qatılacaq
Kanadanın Baş naziri Mark Karni Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin dəvətini qəbul edərək sentyabrın 16-da Strasburqa səfər edəcək.
Crossmedia.az xəbər verir ki, Karni Avropa İttifaqının illik vəziyyət çıxışının keçiriləcəyi tədbirdə iştirak edəcək. O, bu tədbirə qatılan ilk Kanada Baş naziri olacaq. Avropa Komissiyası dəvəti Aİ ilə Kanada arasındakı yaxınlığın “güclü siqnalı” kimi qiymətləndirib və tərəflərin tərəfdaşlığı yeni səviyyəyə çıxarmaq niyyətində olduğunu bildirib.
Karni Aİ ilə əlaqələrin gücləndirilməsini və azad ticarəti dəstəkləyən demokratiyalar arasında ittifaqın yaradılmasını müdafiə edir. Kanada Baş nazirinin səfəri ölkəsi ilə ABŞ arasında münasibətlərin pisləşdiyi bir vaxta təsadüf edir. Ottava daha əvvəl Donald Tramp administrasiyası ilə ticarət danışıqlarını dayandırıb. Bundan sonra Vaşinqton Kanada məhsullarına yeni tariflər tətbiq edib, Kanada isə buna qarşılıq olaraq öz rüsumlarını artırıb.
13:02 27.08.2026
Oxunuş sayı: 47