KİV: İran liderlərin ailələrini niyə hədəfə alır?
Xarici liderlərin ailə üzvlərinə qarşı təhdidlərin İranın siyasi yanaşması ilə əlaqəli ola biləcəyi bildirilir.
Crossmedia.az xəbər verir ki, “Washington Stand” bu barədə məlumat yayıb.
Nəşrin müəllifi xarici liderlərin ailələrinin hədəfə alınmasının iki mümkün səbəbini irəli sürüb. Birinci ehtimala görə, İran bu yolla liderlərin diqqətini və resurslarını ailələrinin təhlükəsizliyinə yönəltməyə çalışa bilər.
İkinci ehtimala əsasən isə İran hakimiyyəti xarici liderlərin ailə üzvlərini həmin ölkələrin siyasi və güc strukturlarının bir hissəsi kimi qiymətləndirə bilər.
Müəllif bu yanaşmanı İslam Respublikasında hakimiyyətin Əli Xameneidən onun oğlu Müctəba Xameneiyə keçməsi ehtimalı ilə əlaqələndirib.
Nəşr bu fikirləri ABŞ Prezidenti Donald Trampın oğlu Barron Trampa qarşı təhdidlər və İsrail Baş naziri Benyamin Netanyahunun oğullarından birinə qarşı sui-qəsd cəhdi barədə məlumatların yayılması fonunda təhlil edib.
10:51 27.08.2026
Oxunuş sayı: 60