Tokayev Astanada süni intellekt məktəbi təklif edib
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkədə süni intellekt sahəsində yeni mütəxəssislərin hazırlanması üçün təhsil sisteminin məktəbdən universitetə qədər vahid xətt üzrə qurulmasını təklif edib.
Crossmedia.az xəbər verir ki, Sputnik-in məlumatına görə, Tokayev Astanada Qazaxıstan-Çin birgə süni intellekt məktəbinin yaradılmasını təklif edib. O bildirib ki, yeni kadrların hazırlanması məktəb mərhələsindən ali təhsilə qədər vahid sistem çərçivəsində həyata keçirilməlidir.
Qeyd olunub ki, sentyabr ayında Qazaxıstanda süni intellekt üzrə ixtisaslaşmış universitet fəaliyyətə başlayacaq.
Tokayev həmçinin ölkənin şəhərlərində uşaqlar üçün təbiət elmləri muzeylərinin yaradılmasını təklif edib. Bu təşəbbüsün əsas məqsədinin məktəblilər arasında elmə marağın artırılması olduğu bildirilib.
16:29 26.08.2026
Oxunuş sayı: 42