ABŞ-də immiqrasiya vizalarının verilməsi dayandırıldı
ABŞ dünya üzrə səfirlik və konsulluqlarda immiqrasiya vizalarının verilməsi prosesini müvəqqəti dayandırıb.
Crossmedia.az xəbər verir ki, “Reuters” bu barədə məlumat yayıb. Məlumata görə, fasilənin əsas məqsədi konsulluq əməkdaşlarına hər bir viza müraciətçisini daha əhatəli və ardıcıl şəkildə qiymətləndirməyi öyrətməkdir.
Bu qərarın immiqrasiya vizası üçün müraciət edən şəxslərin qiymətləndirilməsi prosedurlarına təsir edəcəyi bildirilir.
15:33 26.08.2026
Oxunuş sayı: 45