Trampdan İrana açıq təhdid: “Gözləyin, onlara günlərini göstərəcəyik!”
ABŞ Prezidenti Donald Tramp İrana qarşı sərt bəyanatla çıxış edərək Tehranın nüvə silahı əldə etməsinə imkan verilməyəcəyini bildirib.
Crossmedia.az xəbər verir ki, Tramp bu barədə Alyaska ştatının Vasilla şəhərində noyabrın 3-də keçiriləcək Konqresə aralıq seçkilərlə bağlı təşkil olunan mitinqdə danışıb.
ABŞ Prezidenti İranla bağlı mövqeyini bir daha təkrarlayaraq Tehrana xəbərdarlıq edib.
“İrana nə edəcəyimizi gözləyin və görün. Onlara günlərini göstərəcəyik”, – deyə Tramp bildirib.
Tramp çıxışı zamanı ABŞ-ın enerji siyasətinə də toxunub. O, Tayvanın Alyaskada planlaşdırılan boru kəməri layihəsi çərçivəsində istehsal olunacaq mayeləşdirilmiş təbii qazın (LNG) 30 faizini qarşıdakı 20 il ərzində almağa razılıq verdiyini açıqlayıb.
Mitingdə iştirak edən ABŞ-ın ticarət naziri Hovard Latnik isə Tayvanın Alyaskadakı boru kəməri layihəsinin inkişafına 4,4 milyard dollar sərmayə yatırmaq öhdəliyi götürdüyünü bildirib.
“Reuters”in məlumatına görə, Tayvan tərəfi layihə üzrə danışıqların davam etdiyini bildirib. Sərmayə və qaz tədarükü ilə bağlı yekun, hüquqi qüvvəyə malik razılaşmanın şərtləri hələ tam açıqlanmayıb.
13:24 14.10.2026
Oxunuş sayı: 64