Bu gün Laçın Şəhəri Günüdür
Bu gün, 26 avqust – Laçın Şəhəri Günüdür.
Crossmedia.az xəbər verir ki, Laçın Şəhəri Günü Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən hər il avqustun 26-da qeyd olunur.
Həmin gün Prezident İlham Əliyev “X” sosial şəbəkəsində azərbaycanlıların Laçın şəhərinə qayıtması ilə bağlı müjdəni paylaşaraq bildirib: “Bu gün, avqustun 26-da biz – Azərbaycanlılar Laçın şəhərinə qayıtmışıq. Azərbaycan Ordusu Laçın şəhərinə yerləşdi. Zabux və Sus kəndləri nəzarətə götürüldü”.
Ermənistanın hərbi təcavüzü nəticəsində 30 ilə yaxın işğal altında qalan Laçın 44 günlük Vətən müharibəsindən sonra əldə olunan razılaşmalar çərçivəsində Azərbaycanın nəzarətinə qaytarılıb.
Hazırda işğaldan azad edilmiş ərazilərə keçmiş məcburi köçkünlərin qayıdışı “Böyük Qayıdış” proqramı çərçivəsində davam etdirilir. Laçın şəhərinə köçən keçmiş məcburi köçkünlərin sayı da ildən-ilə artır.
00:06 26.08.2026
Oxunuş sayı: 43