Avropa çempionatı: Niderland millisi Bakıda üçüncü qələbəsini qazanıb
Bakıda təşkil olunan voleybol üzrə Avropa çempionatının C qrupunda daha bir oyun keçirilib.
Crossmedia.az xəbər verir ki, günün ikinci matçında Niderland İspaniyanı məğlub edib.
Milli Gimnastika Arenasında gerçəkləşən qarşılaşma 3:0 (25:13, 25:11, 25:16) hesabı ilə yekunlaşıb. "Narıncılar" daha əvvəl Portuqaliya (3:0) və Rumıniyaya (3:2) qalib gəlib.
Günün ilk matçında Belçika Rumıniyanı məğlub edib - 3:0.
Xatırladaq ki, C qrupunun oyunları Milli Gimnastika Arenasında avqustun 28-dək təşkil olunacaq. (REPORT)
19:50 25.08.2026
Oxunuş sayı: 43