İsrailli məskunlaşanlar Burka kəndinə hücum edib
İsrailli məskunlaşanlar İordan çayının qərb sahilində yerləşən Burka kəndinə hücum edərək zeytun bağlarını yandırıb və evləri daşlayıblar.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə hüquq müdafiəçiləri məlumat yayıb.
Bildirilir ki, kənd sakinləri yanğının söndürülməsinə kömək etmək üçün qonşu kəndlərin əhalisinə müraciət ediblər.
23:15 25.08.2026
Oxunuş sayı: 62