Günəşdə GÜCLÜ PARTLAYIŞLAR baş verdi – Yer üçün təhlükəlidirmi?
Günəşdə bir neçə saat ərzində M sinfinə aid üç güclü partlayış qeydə alınıb.
Crossmedia.az xəbər verir ki, alimlərin müşahidələrinə əsasən, partlayışların gücü M1.7-M1.9 səviyyəsində olub.
Günəş partlayışları kosmik hava şəraitinə təsir göstərə və Yerə yaxın kosmik mühitdə müəyyən dəyişikliklər yarada bilər. Güclü partlayışlar zamanı radio rabitəsində, peyk sistemlərində və digər texnoloji infrastrukturlarda pozuntular baş verə bilər.
13:12 25.08.2026
Oxunuş sayı: 45