Mülki əhali üçün təhlükə yaradır — kasetli sursatlarla bağlı xəbərdarlıq edilib
Beynəlxalq insan haqları təşkilatı Human Rights Watch ABŞ qanunvericilərini Türkiyənin Ukraynaya kaset döyüş başlıqlı on minlərlə raket və mərminin ötürülməsi ilə bağlı müraciətini dayandırmağa çağırıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Təşkilat bildirib ki, bu tip silahların istifadəsi mülki əhali üçün ciddi humanitar risklər yaradır. Məlumata görə, kasetli sursatlar geniş əraziyə çoxsaylı kiçik partlayıcı hissələr yayır və onların bir hissəsi partlamadan qalaraq uzun müddət mina təhlükəsi yarada bilər.
Hüquq müdafiəçiləri hesab edirlər ki, belə silahların istifadəsi müharibə başa çatdıqdan sonra belə dinc sakinlər üçün təhlükə yarada bilər.
23:30 12.08.2026
Oxunuş sayı: 56