Paşinyanın həyat yoldaşı: Mən təhdidlər almağa başlamışam
Ermənistan Baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan həyatı ilə bağlı təhdidlər aldığını açıqlayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Anna Akopyan "Instagram" səhifəsində yayımladığı video müraciətdə bildirib.
Akopyanın sözlərinə görə, ailədaxili zorakılıq mövzusunu ictimai şəkildə gündəmə gətirdikdən sonra ona qarşı həyatına yönəlmiş təhdidlər səsləndirilib.
O, dövlət təhlükəsizlik xidmətlərinin mümkün sui-qəsdin qarşısını ala biləcəyinə ümid etdiyini bildirib.
Ermənistan Baş nazirinin həyat yoldaşı vurğulayıb ki, hökumət başçısının ailə üzvünün fiziki zorakılığın qurbanına çevrilməsi ölkənin beynəlxalq nüfuzuna ciddi zərbə olardı.
17:19 28.07.2026
Oxunuş sayı: 47