Zelenski: Ukrayna güclənib, amma bu, Putini dayandırmaq üçün yetərli deyil
Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin hərbi imkanlarının artdığını, lakin bunun hələ də Rusiya Prezidenti Vladimir Putini dayandırmaq üçün kifayət etmədiyini bildirib.
Crossmedia.az xəbər verir ki, Zelenski bu barədə "Sky News" telekanalına müsahibəsində danışıb.
Onun sözlərinə görə, Ukrayna son dövrlərdə pilotsuz uçuş aparatlarının istehsalını artırıb, raket texnologiyalarını inkişaf etdirib və müttəfiqlərinin dəstəyi ilə hava hücumundan müdafiə sistemlərini gücləndirib.
Bununla belə, Zelenski vurğulayıb ki, əldə olunan irəliləyişlərə baxmayaraq, mövcud imkanlar Rusiyanın hərbi əməliyyatlarını dayandırmaq üçün hələ kifayət etmir. O əlavə edib ki, Ukraynanın müdafiə qabiliyyətinin daha da gücləndirilməsi üçün beynəlxalq tərəfdaşların dəstəyi həlledici əhəmiyyət daşıyır.
11:17 27.07.2026
Oxunuş sayı: 69