25 il sonra jurnalistin qətli açıldı: Şübhəli saxlanıldı
Rusiyada 25 il əvvəl "Moskovskiye Novosti" qəzetinin əməkdaşının qətli ilə bağlı cinayət işi açılıb və hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Crossmedia.az xəbər verir ki, "RIA Novosti" bu barədə Rusiya İstintaq Komitəsinin Moskva şəhəri üzrə Baş İdarəsinə istinadən məlumat yayıb.
İstintaqın məlumatına görə, hadisə 2001-ci ilin sentyabrında baş verib. Təqsirləndirilən şəxs jurnalistlə restoranda tanış olduqdan sonra onu evinə dəvət edib. Burada tərəflər arasında yaranan mübahisə zamanı o, zərərçəkənə çoxsaylı bıçaq zərbələri endirib.
Cinayəti törətdikdən sonra şübhəli bıçağı pəncərədən atıb, qaz sobasının gözlərini açıq vəziyyətdə qoyub, otaqda parçanı yandıraraq yanğın yaratmağa cəhd edib və hadisə yerindən qaçıb.
İlkin istintaq zamanı cinayəti törədən şəxsin müəyyən edilməsi mümkün olmayıb. Lakin sonradan aparılan əlavə istintaq və kriminalistik araşdırmalar nəticəsində dəfələrlə məhkum olunmuş Moskva sakininin bu qətlə aidiyyəti müəyyənləşdirilib.
Hazırda təqsirləndirilən şəxs saxlanılıb və istintaq davam etdirilir.
22:28 26.07.2026
Oxunuş sayı: 63