Kiyevdə PUA istehsalı ilə məşğul olan bir neçə müəssisəyə zərbə endirilib
Kiyevdə pilotsuz uçuş aparatları (PUA) istehsal edən bir neçə müəssisəyə zərbə endirilib.
Crossmedia.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi bu barədə “Max” messenecerində məlumat yayıb.
Nazirliyin məlumatına görə, zərbə endirilən obyektlərdən biri “Smart Intelligent Systems” müəssisəsi olub. Bildirilir ki, burada müxtəlif modifikasiyalı pilotsuz uçuş aparatları, eləcə də onlar üçün korpuslar, naviqasiya cihazları, elektron komponentlər, optik avadanlıqlar və akkumulyatorlar istehsal edilirdi.
Açıqlamada qeyd olunur ki, Rusiya Silahlı Qüvvələri Kiyevin cənub-qərbində yerləşən daha bir obyektə də zərbə endirib. İddiaya əsasən, Ukrayna-ABŞ birgə şirkətinin mütəxəssislərinin fəaliyyət göstərdiyi bu müəssisədə ayda 1000-ə qədər pilotsuz uçuş aparatı hazırlanırdı. Müdafiə Nazirliyinin məlumatına görə, həmin məntəqədə AQ-400 “Scythe”, AQ-100 “Bayonet” zərbə dronları və RQ-100 “Scout” kəşfiyyat PUA-ları yığılırdı.
11:09 26.07.2026
Oxunuş sayı: 79