İran ABŞ-nin rəsmi itki statistikasını şübhə altına aldı
İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) nümayəndəsi Hüseyn Möhəbi ABŞ-nin Yaxın Şərqdəki hərbi bazalarına endirilən zərbələr nəticəsində 200-dən çox amerikalı hərbçinin öldüyünü iddia edib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, Möhəbinin sözlərinə görə, bu itkilər iyulun 8-də ABŞ ilə atəşkəs başa çatdıqdan sonra İranın həyata keçirdiyi hücumlar zamanı baş verib.
SEPAH rəsmisi ABŞ-nin açıqladığı rəsmi itki statistikasının həqiqəti əks etdirmədiyini bildirib və Vaşinqtonu zərbələrə məruz qalan hərbi bazalara media nümayəndələrinin girişinə icazə verməyə çağırıb.
10:14 26.07.2026
Oxunuş sayı: 70