Raket hücumundan sonra Ukraynada mühüm tədbir ləğv edilib
Ukraynanın Lvov şəhərində avqustun sonunda keçirilməsi planlaşdırılan iri müdafiə texnologiyaları sərgisi ləğv olunub.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Bildirilib ki, IRON DEMO sərgisində Ukrayna və xarici şirkətlərin, eləcə də minlərlə sənaye mütəxəssisinin iştirakı gözlənilirdi.
Sərginin ləğvi qərarının Rusiya qüvvələrinin daha əvvəl silah sərgisinin keçirildiyi poliqona raket zərbəsi endirməsindən sonra qəbul edildiyi qeyd olunur.
23:44 25.07.2026
Oxunuş sayı: 63