Kreml: Münaqişə bu gün bitə bilər, amma…
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Qazaxıstan lideri Kasım-Jomart Tokayevin Ukraynadakı münaqişənin dondurulması ilə bağlı təklifinin Kiyevin mövqeyini nəzərə alaraq mümkün olmadığını bildirib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Peskov vurğulayıb ki, Rusiya üçün əsas şərt qarşıya qoyulan məqsədlərə nail olmaqdır.
Onun sözlərinə görə, Kiyev hakimiyyəti müvafiq qərarlar qəbul etsə, münaqişə bu gün, günün sonunadək dayana bilər.
Peskov əlavə edib ki, Rusiya Prezidenti Vladimir Putin Tokayevə xüsusi hərbi əməliyyatın gedişi barədə ətraflı məlumat verib.
22:22 25.07.2026
Oxunuş sayı: 57