Ermənistanda Qaqik Sarukyana qarşı yeni cinayət işi açıldı
Ermənistanın tanınmış müxalifətçi siyasətçisi Qaqik Sarukyana qarşı vergidən yayınma maddəsi ilə yeni cinayət işi başlanılıb.
Crossmedia.az xəbər verir ki, Ermənistan İstintaq Komitəsi bu barədə məlumat yayıb.
Məlumata görə, Qaqik Sarukyan barəsində vergilərin ödənilməməsi faktı üzrə cinayət işi açılıb. Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.
Ermənistan İstintaq Komitəsi cinayət işi ilə bağlı əlavə təfərrüatlar açıqlamayıb.
16:57 25.07.2026
Oxunuş sayı: 58