Ermənistan məhsullarının Aİ bazarına çıxacağı vaxtı açıqlanmayıb
Avropa Komissiyası Ermənistanın meyvə və tərəvəz məhsullarının bu ilin sonunadək Avropa İttifaqı bazarına çıxarılıb-çıxarılmayacağı ilə bağlı suala konkret cavab verməyib.
Crossmedia.az xəbər verir ki, Avropa Komissiyasının mətbuat xidmətinin rəhbəri Paula Pinyo gündəlik brifinqdə bu suala cavab vermək əvəzinə, Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenin iyunda İrəvana səfəri zamanı elan etdiyi dəstək tədbirlərindən danışıb.
Pinyo bildirib ki, Aİ-nin nəzərdə tutduğu muxtar ticarət tədbirləri yaxın gələcəkdə Ermənistandan idxalın artmasına səbəb ola bilər. Lakin o, Ermənistanın meyvə və tərəvəz məhsullarının Aİ bazarına çıxacağı tarixlə bağlı konkret müddət açıqlamayıb.
O, həmçinin xatırladıb ki, Rusiya Ermənistanın çiçək ixracını dayandırdıqdan sonra Avropa İttifaqı təcili tədbirlər görərək yaranmış itkilərin kompensasiyasına dəstək verib.(Report)
11:31 25.07.2026
Oxunuş sayı: 51