Putin və Tokayev Omskda Rusiya–Qazaxıstan Forumunda iştirak edəcəklər
Rusiya Prezidenti Vladimir Putin və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev iyulun 25-də Omsk şəhərində keçiriləcək Rusiya–Qazaxıstan Regionlararası Əməkdaşlıq Forumunda iştirak edəcəklər.
Crossmedia.az xəbər verir ki, bu barədə Kremlin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov daha əvvəl Putinin İrkutsk səfərindən sonra Omska yollanacağını və burada Qazaxıstanla bağlı tədbirdə iştirak edəcəyini açıqlamışdı.
Qeyd edək ki, XXII Rusiya–Qazaxıstan Regionlararası Əməkdaşlıq Forumu iyulun 24–25-də Omsk şəhərində keçirilir.
10:57 25.07.2026
Oxunuş sayı: 52