Tramp ermənipərəst konqresmen Adam Şiffi "yekəbaş" adlandırıb
ABŞ Prezidenti Donald Tramp ermənipərəst mövqeyi ilə tanınan demokrat konqresmen Adam Şiffi sərt ifadələrlə tənqid edib.
Crossmedia.az xəbər verir ki, Tramp bu barədə özünün sosial media hesabında paylaşım edib.
ABŞ Prezidenti paylaşımında Adam Şiffi "yekəbaş" adlandıraraq onu kəskin tənqid edib. Tramp həmçinin Şiffin fəaliyyətinə və siyasi mövqeyinə etirazını ifadə edib.
Qeyd edək ki, Adam Şiff uzun illərdir erməni maraqlarını müdafiə edən çıxışları ilə tanınır və ABŞ Konqresində Azərbaycana qarşı tənqidi mövqeyi ilə seçilir.
10:55 25.07.2026
Oxunuş sayı: 53