Rusiyanın ən böyük neft terminalı fəaliyyətini dayandırıb
Rusiyanın Novorossiysk şəhərində yerləşən ən böyük neft terminalı "Şesxaris" Ukraynanın pilotsuz uçuş aparatlarının hücumlarının intensivləşməsi fonunda neftin yüklənməsini dayandırıb.
Crossmedia.az xəbər verir ki, "Bloomberg" bu barədə məlumat yayıb.
Agentliyin məlumatına görə, terminalın fəaliyyətinin dayandırılması Rusiyanın neft ixracının təxminən 20 faizinə təsir göstərib.
Bildirilib ki, Novorossiysk limanı vasitəsilə taxıl ixracı da risk altına düşüb. Daha əvvəl isə PUA hücumları nəticəsində Xəzər Boru Kəməri Konsorsiumunun terminalının işi də pozulmuşdu.
09:44 25.07.2026
Oxunuş sayı: 60