Tramp İrana ultimatum verib
ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun İranla bağlı iki mümkün ssenarini nəzərdən keçirdiyini bildirib: hərbi təzyiqin daha da artırılması və ya Tehranla razılaşmanın əldə olunması.
Crossmedia.az xəbər verir ki, Ağ Ev bu barədə məlumat yayıb.
Ağ Evdə çıxış edən Tramp bildirib ki, hərbi ssenari həyata keçirilərsə, ABŞ İrana qarşı zərbələri davam etdirəcək və onları daha da sərtləşdirəcək.
"Bir variant hərbi yoldur – indiyə qədər etdiyimizi davam etdirmək, hətta daha sərt şəkildə onların sahib olduğu hər şeyi məhv etməkdir. Digər, daha ağıllı strategiya isə razılaşma əldə etməkdir", – deyə Tramp bildirib.
ABŞ Prezidenti qeyd edib ki, İran hələlik razılaşmaya hazır görünmür. Bununla belə, onun fikrincə, Tehran sonda danışıqlarda maraqlı olacaq.
"Məncə, onlar hələ buna hazır deyillər. Amma razılaşma əldə etmək istəyirlər. Sadəcə, bəzən bunu demirlər, çünki sərt görünmək istəyirlər", – deyə Tramp əlavə edib.
09:23 25.07.2026
Oxunuş sayı: 64