Hörmüzdə gərginlik artır: ABŞ və Böyük Britaniyadan yeni təşəbbüs
ABŞ və Böyük Britaniya Hörmüz boğazının mühafizəsi məqsədilə beynəlxalq koalisiya yaradılması ilə bağlı görüş keçirmək imkanını nəzərdən keçirirlər.
Crossmedia.az xəbər verir ki, bu barədə ˝Axios˝ məlumat yayıb.
Məlumata görə, tərəflər strateji əhəmiyyət daşıyan su yolunda təhlükəsizliyin təmin olunması və mümkün təhdidlərə qarşı birgə fəaliyyət mexanizmlərini müzakirə etməyi planlaşdırırlar.
Hörmüz boğazı qlobal enerji daşımaları baxımından mühüm marşrutlardan biri hesab olunur.
23:24 24.07.2026
Oxunuş sayı: 56