İsrail Qəzzada HƏMAS-ın silah anbarlarını hədəfə alıb
İsrail Müdafiə Ordusu Qəzza zolağında HƏMAS-a məxsus olduğu bildirilən silah anbarlarına zərbələr endirib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
İsrail tərəfinin məlumatına görə, hücumlar zamanı silah və hərbi vasitələrin saxlanıldığı obyektlər hədəfə alınıb.
Əməliyyatın məqsədinin HƏMAS-ın hərbi imkanlarını zəiflətmək olduğu bildirilib. Hadisə ilə bağlı əlavə detallar açıqlanmayıb.
23:08 24.07.2026
Oxunuş sayı: 59